Almaniyanın metal və elektronika sənayesinin işçiləri gecə yarısından etibarən ölkə miqyasında xəbərdarlıq tətillərinə başlayıblar.
Finss.az xəbər verir ki, etirazlara "Volkswagen" şirkətinə aid zavodlardan birinin işçiləri də qatılıblar.
Alman metal sənayesi işçiləri həmkarlar ittifaqının başlatdığı tətillə əlaqədar həmkarlar ittifaqları ilə işəgötürənlər arasında danışıqlar aparılır. Danışıqlarda "Volkswagen" şirkətinin zavodlarından bir neçəsinin bağlanılması məsələsi də müzakirə olunur.
Xatırladaq ki, "Volkswagen" şirkəti ötən gün Almaniyadakı zavodlardan bir neçəsinin bağlanmasının, həmçinin xeyli sayda işçinin işdən çıxarılmasının, maaşların azaldılmasının planlaşdırıldığını açıqlamışdı. Bu iddia şirkətin rəhbərliyi tərəfindən təsdiqlənməsə də, işçilər arasında ciddi narazılıq doğurub.
Tətillə əlaqədar aparılan danışıqlarda metal sənayesi işçiləri həmkarlar ittifaqı son illərdə yüksək inflyasiya ilə əlaqədar alıcılıq səviyyəsinin aşağı düşməsinin nəzərə alınaraq işçilərin maaşlarının 7 faiz artırılmasını tələb edir. İşəgötürənlər isə istehsal səviyyəsinin aşağı düşməsi və sifarişlərin azalması ilə əlaqədar maaşları 3,6 faizdən çox artırmağın mümkün olmadığını bildirirlər.
Kaira Agayeva
Finss.az