Avstraliyada Yeni Cənubi Uelsin Qarlı dağlarında itən qadın axtarışlara başlandıqdan bir həftə sonra sağ tapılıb.
Finss.az xəbər verir ki, 48 yaşlı Lovisa Sjöberg tez-tez Kosciuszko Milli Parkında gəzir, burada vəhşi atların şəklini çəkirdi, lakin bir gün yoxa çıxdı. Oktyabrın 21-də qadının avtomobil icarəyə götürdüyü şirkət polisə müraciət etdikdən sonra onun axtarışlarına başlanılıb. Məlum olub ki, Sjöberqin maşını 6 gündür eyni yerdə olub. Tezliklə avtomobil tapılsa da, qadın iz qoymadan yoxa çıxıb.
Kaira Agayeva
Finss.az