Bazar ertəsi səhər duman səbəbindən Boğaziçi boğazı ilə hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Ehtiyat tədbiri olaraq, görmə qabiliyyətinin məhdudlaşdırılması (duman) səbəbindən Boğaziçi boğazında gəmilərin daşınması hər iki istiqamətdə dayandırılıb”, - deyə idarənin açıqlamasında bildirilir.
Kaira Agayeva
Finss.az