Kazanda keçirilən BRİKS sammitinə gələn xarici dövlət başçılarından bəziləri daşınması üçün Rusiyanın “Arus” avtomobilini seçiblər.
Bununla belə, Finss.az xəbər verir ki, Çin prezidenti Si Cinpin Rusiya avtomobil sənayesini tərk edərək, Çinin premium limuzini “Qırmızı Bayraq”a üstünlük verib.
Oktyabrın 22-dən 24-dək Kazanda keçirilən BRİKS sammitində Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Misir prezidenti Əbdülfəttah əs-Sisi, İran prezidenti Məsud Pezeşkian və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa iştirak ediblər. Ümumilikdə tədbirə Belarus, Konqo, Monqolustan, Fələstin, Laos, Efiopiya, Malayziya və Serb Respublikası daxil olmaqla 30-dan çox ölkənin nümayəndələri qatılıb. 22 ölkə dövlət başçıları səviyyəsində təmsil olunur. Bundan əlavə, sammitdə BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.
Kaira Agayeva
Finss.az