DÜNYA

23 Oktyabr

ABŞ-ın nüvə təyyarədaşıyan gəmisi artıq İranın yaxınlığındadır

“USS Abraham Lincoln” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi ABŞ aviadaşıyıcısının zərbə qrupu İran sahillərinin cənub-şərqində, Oman körfəzinə gəlib.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat xidməti yayıb. Qrup əvvəllər Ədən körfəzində yəmənli husilərin hərəkətləri ilə mübarizə aparmaq üçün tapşırıqlar yerinə yetirib.

Xatırladaq ki, oktyabrın 21-i ərəfəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin qeyd etmişdi ki, Amerikanın THAAD raketdən müdafiə sistemlərinin batareyası artıq İsraildə yerləşdirilib və İranın İsrailə mümkün yeni hücumları zamanı istifadəyə hazırdır.

Kaira Agayeva 

Finss.az