DÜNYA

22 Oktyabr

Ərdoğan BRİKS sammitində iştirak etmək üçün oktyabrın 23-də Rusiyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Rusiyaya rəsmi səfər edəcək.

Finss.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndəsi Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Ərdoğan BRİKS sammitində iştirak edəcək.

Çelikin sözlərinə görə, Türkiyə dövlət başçısının bu səfəri həm region, həm də digər ölkələrin liderləri ilə gözlənilən görüşlər baxımından əhəmiyyətlidir.

Kaira Agayeva 

Finss.az