DÜNYA

21 Oktyabr

Cənubi Koreya Rusiyadan Şimali Koreyaya əsgər göndərilməsi ilə bağlı açıqlama tələb edir

Finss.az Cənubi Koreya mətbuatına istinadən xəbər verir ki, Şimali Koreya qoşunlarının Rusiyaya mümkün göndərilməsi ilə bağlı yayılan xəbərlər fonunda Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfirini çağırıb.

Bundan əvvəl Ukrayna və Cənubi Koreya hakimiyyəti KXDR-in Rusiyaya dəstək məqsədilə Ukraynaya qoşun yeritməyə başladığını bəyan etmişdi. Bu bəyanatlar nə Moskvadan, nə də Pxenyandan hələlik şərh almayıb.

Qeyd olunur ki, oktyabrın 18-də Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi KXDR-dən olan hərbçilərə Rusiya texnikasının verilməsini əks etdirən videoyazı dərc edib. Həmin gün Cənubi Koreya prezidenti Yoon Seok-yeol fövqəladə təhlükəsizlik toplantısı keçirərək, Şimali Koreya hərbçilərinin Rusiyaya hərəkəti məsələsini müzakirə edib.

Kaira Agayeva 

Finss.az