İtaliyada avtomobil sənayesində çalışan işçilər birgünlük milli tətil ediblər.
Finss.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə avtomobil sektorunda fəaliyyət göstərən işçilər paytaxt Romanın mərkəzi meydanına toplaşıblar. Onlar avtomobil sektorunun risk altında olduğunu və gələcəyə dair vahid sənaye planının olmadığını bildirirlər.
Tətildə İtaliyanın hər yerindən minlərlə işçi iştirak edib.
Kaira Agayeva
Finss.az