Amerikalı sahibkar və sosial şəbəkənin sahibi X İlon Mask Norveçin Norges Bank Investment Management neft fondunun rəhbəri Nikolay Tangenlə şam yeməyinə gəlməkdən imtina edib, çünki Osloya getmək ona çox baha başa gəlirdi.
Finss.az xəbər verir ki, bu barədə Norveçin “E24” qəzeti yazıb.
Nəşr Tangen və Mask arasında yazışmalar əldə edib. Norveçli amerikalını əvvəlcədən 28 aprel 2025-ci il tarixinə planlaşdırılan Osloda işgüzar şam yeməyinə dəvət edib. Burada Ferrari, Novo Nordisk, Nestle, DoorDash, Adidas və digər şirkətlərin rəhbərləri iştirak edəcək.
Kaira Agayeva
Finss.az