DÜNYA

17 Oktyabr

Fransa İsrailin Euronaval 2024-də iştirakını məhdudlaşdırır

Finss.az xəbər verir ki, Fransa hökumətinin müraciətindən sonra İsrail şirkətləri Euronaval beynəlxalq dəniz sərgisində öz stendlərini nümayiş etdirmək imkanından məhrum edilib.

“Oktyabrın 15-də Fransa hökuməti Euronaval təşkilatçılarını İsrail nümayəndə heyətlərinin 2024-cü ildə keçiriləcək sərgidə, lakin stendlər təqdim etmədən və ya avadanlıq nümayiş etdirmədən iştirakına icazə vermək qərarı barədə məlumatlandırıb”, - mətbuat xidmətinin bəyanatında deyilir. Qadağanın yeddi İsrail şirkətinə şamil edildiyi dəqiqləşdirilir.

Kaira Agayeva 

Finss.az