DÜNYA

14 Oktyabr

Zimbabvedə meymun çiçəyinə ilk yoluxma halları aşkarlanıb

Zimbabvedə meymun çiçəyi xəstəliyinə yoluxma hadisəsi qeydə alınıb.

Finss.az xəbər verir ki, hökumət hər iki xəstənin ev karantinində olduğunu və insanları vəziyyətin nəzarət altında olduğu üçün panikaya düşməməli olduğunu elan edib. Hər iki yoluxmuş şəxs Afrika ölkələrinə səfər etmişdi. Onlardan biri Cənubi Afrikada, digəri Tanzaniyada idi.

Kaira Agayeva 

Finss.az