DÜNYA

14 Oktyabr

Baltik dənizində Almaniyaya məxsus neft tankerində baş verən yanğın söndürülüb

Baltik dənizində Almaniyanın "Annika" neft tankerində baş verən yanğın söndürülüb. Finss.az xəbər verir ki, gəmidə 600 tondan çox neft olub və yanacağın dağılmasının qarşısı alınıb.

Komandanlığın məlumatına görə, tanker bu gün səhər saatlarında Almaniyanın Kühlungsborn şəhəri yaxınlığındakı Meklenburq körfəzində yanıb. Yanğın əvvəlcə gəminin maşın otağında başlayıb. Xilasedici qayıq yeddi ekipaj üzvünü təxliyə edib, onlardan ikisi yüngül xəsarət alıb.

Yanğın söndürüldükdən sonra tanker Almaniyanın Rostok şəhərinin limanına aparılıb. Komandanlıq suyun çirklənməsinin qarşısını almaq üçün neft baryeri quraşdırıb. Gəmi də dalğıclar tərəfindən yoxlanılacaq.

Kaira Agayeva 

Finss.az