DÜNYA

11 Oktyabr

Olaf Şolts İstanbulda Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq

Almaniya Kansleri Olaf Şolts oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Finss.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Byuhner jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Kansler Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək”, - deyə o bildirib. 

Məlumata görə, danışıqlarda Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və miqrasiya problemi müzakirə olunacaq. Görüşdən sonra mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.

Kaira Agayeva 

Finss.az