DÜNYA

11 Oktyabr

Xirosima və Naqasakidən sağ qalanları birləşdirən təşkilat Nobel Sülh Mükafatını aldı

Finss.az xəbər verir ki, Nobel Sülh Mükafatı Yaponiyanın Xirosima və Naqasakinin bombalanmasından sağ çıxanları birləşdirən Nihon Hidankyo təşkilatına verilib.

Mükafat “nüvə silahlarından azad bir dünyaya nail olmaq və belə silahların bir daha istifadə edilməməsini təmin etmək üçün ifadələr vasitəsilə onlardan istifadənin nəticələrini nümayiş etdirmək səylərinə” görə verilib”, - deyə komitə sözçüsü bildirib.

Kaira Agayeva 

Finss.az