DÜNYA

11 Oktyabr

Qazaxıstanda 26-cı “WPC Energy” Konqresi keçiriləcək

Finss.az xəbər verir ki, 2028-ci ildə Qazaxıstanın paytaxtı Astanada 26-cı “WPC Energy” Konqresinin keçirilməsinə dair saziş imzalanıb.

“Astanaya səfərim çərçivəsində mən Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşdüm. 26-cı “WPC Energy” Konqresinin 2028-ci ildə Astanada keçirilməsinə dair saziş imzalanıb”, - o bildirib.

P.Salamankanın fikrincə, Qazaxıstanın paytaxtında dünya səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şərait var. O vurğulayıb ki, EXPO Beynəlxalq Mərkəzinin infrastrukturu 2028-ci ildə Konqresin keçirilməsi üçün “WPC Energy” şirkətinin bütün tələblərinə cavab verir.

Beləliklə, Qazaxıstan Mərkəzi Asiya ölkələrindən “WPC Energy” Konqresi kimi mühüm bir tədbirə ev sahibliyi edən ilk ölkə olacaq.

Kaira Agayeva 

Finss.az