Finss.az xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə ballistik raketlərlə hücumu nəticəsində dörd nəfər həlak olub, 10 sakin yaralanıb.
O, öz paylaşımında qeyd edib: “Düşmən ballistik raketlərlə Odessa vilayətinə hücum edib. Dörd nəfər həlak olub, onların arasında bir yeniyetmə də var”.
Kiperin məlumatında bildirilir ki, Odessa vilayətinə hücum nəticəsində mülki əhalinin olduğu ikimərtəbəli bina dağıdılıb. İnsanlar dağıntılar altında qalıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları 4 nəfəri xilas edib, amma 3 nəfər - 43 yaşlı qadın, 22 yaşlı oğlan və 16 yaşlı qız binanın dağıntıları altında qalaraq ölüb. Vilayət hərbi administrasiyasının rəhbəri qeyd edib ki, daha bir qadın aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.
Bundan başqa, hücum nəticəsində 10 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.
“Dörd nəfərin vəziyyəti ağırdır, 10 nəfərə yerindəcə psixoloji yardım göstərilib”, - deyə Kiper bildirib.
Kaira Agayeva
Finss.az