Böyük Britaniya hökuməti iki ilə yaxındır ki, Rusiyaya qarşı tətbiq edilən neft sanksiyalarından yayınmaqda şübhəli bilinən şirkətləri yoxlayır, lakin indiyədək heç kim cəzalandırılmayıb.
Finss.az xəbər verir ki, Böyük Britaniya Xəzinədarlığı 2022-ci ilin dekabr ayından etibarən sanksiya rejimini pozduğu iddia edilən 52 şirkətlə bağlı araşdırmaya başlayıb.
2024-cü ilin avqust ayına qədər 15 iş üzrə araşdırmalar tamamlandı, lakin heç bir şirkətə cərimə və ya digər növ cəzalar verilmədi. Maliyyə Sanksiyalarının İcrası Bürosu sanksiyalar rejimini təmin etmək üçün 60 milyon avro alıb, amma praktikada nəticələr minimal olaraq qalır.
Kaira Agayeva
Finss.az