İlon Mask sahibi olduğu “Tesla” tərəfindən hazırlanan “Cybercab” robotlaşdırılmış taksisini təqdim edib.
Finss.az xəbər verir ki, təqdimat Kaliforniya ştatında yerləşən “Warner Bros.” studiyasında baş tutub.
“Mən bura robot taksi ilə gəlmişəm, Düşünürəm ki, bizi parlaq gələcək gözləyir”, - deyə İlon Mask bildirib.
Amerikalı milyarderin sözlərinə görə, indiyədək azı 50 ədəd tam avtonom elektrik avtomobili istehsal olunub. Onlar hətta sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz edilməyib, çünki sərnişinlərin daşınması tam avtonom şəkildə həyata keçiriləcək.
İlon Mask robot taksinin qiymətinin təxminən 30 min dollar olacağını, müştərilərin isə hər mil üçün təxminən 30-40 sent ödəyəcəyini deyib.
Kaira Agayeva
Finss.az