Finss.az xəbər verir ki, Floridada "Milton" qasırğası nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Onlardan 6 nəfəri çərşənbə günü tornado nəticəsində həlak olub. Voluşa dairəsinin səlahiyyətliləri 4 nəfərin öldüyünü bildirib. Onların arasında evləri ağaclara düşən iki qadın da var. Daha iki nəfər Sankt-Peterburqda, eyni sayda insan isə Sitrus qraflığında ölüb.
Milton qasırğası çərşənbə günü axşam Florida ştatının mərkəzi qərb sahillərinə düşüb və Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Bundan əvvəl bir neçə tornado ştatdan keçərək əlavə dağıntılara səbəb oldu.
Kaira Agayeva
Finss.az