DÜNYA

11 Oktyabr

Bu il Yakutiyada 3 milyon hektardan çox meşə yanıb

Finss.az xəbər verir ki, Bu il Rusiyanın Saxa Respublikasında meşə yanğınlarının əhatə etdiyi ərazi 3,2 milyon hektardan çox olub.

Onun sözlərinə görə, cari il ərzində qeydə alınan 1006 yanğın 3249254,33 hektar meşə ərazisini məhv edib: 

“Bütün meşə yanğınları yol infrastrukturunun çatışmazlığı olan çətin və ucqar ərazilərdə baş verib. Demək olar ki, bütün yanğınlar texniki avadanlıqdan istifadə edilmədən əllə söndürülürdü ki, bu da işləri çətinləşdirirdi”. Onun sözlərinə görə, Federal Aviasiya Meşə Xidmətinin aprel ayında təqdim etdiyi meşə yanğını riskləri ilə bağlı proqnoz 70% doğru olub. 

Yakutiya Rusiyanın ən çox yanğın təhlükəsi olan bölgələrindən biridir. Respublikada ümumi meşə sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi). İyunun 11-də ölkədə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət, iyunun 26-da Yakutiyanın bütün ərazisində xüsusi yanğın rejimi, iyulun 1-də isə federal fövqəladə rejim tətbiq edilib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın ümumu meşə fondunun sahəsi 1,2 milyon hektardan çoxdur.

Kaira Agayeva 

Finss.az