DÜNYA

11 Oktyabr

Qazaxıstanlı alim: Bu il Xəzər dənizinin səviyyəsi 15 santimetr enə bilər

Xəzər dənizinin səviyyəsi 2024-cü ildə azalmağa davam edəcək. Bu ilin birinci yarısında Qazaxıstan ərazisində, dənizin şimal-şərq hissəsində suyun orta səviyyəsi mənfi 28,85 metr, Orta Xəzər dənizində isə mənfi 29,19 metr təşkil edib. 

Finss.az xəbər verir ki, “Kazidromet” Respublika Dövlət Müəssisəsinin Xəzər dənizinin hidrometeoroloji tədqiqi İdarəsinin rəisi Ayzat Eltay bildirib ki, proqnozlara əsasən, bu il dənizin səviyyəsi keçən illə müqayisədə 15 santimetr azalacaq. 

Mütəxəssislərin qeyd etdiyi kimi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi iqlim dəyişmələri və havanın temperaturunun yüksəlməsidir. İkinci mühüm səbəb dənizin su balansına təsir edən antropogen amillərdir. 

Xəzər dənizinə təxminən 130 çay axır, lakin regionun ən böyük çayı olan Volqadan suyun axını əhəmiyyətli dərəcədə azalıb.

Kaira Agayeva 

Finss.az