Keçmiş COVID-19 hadisələri hətta illər sonra da ölümcül nəticələrə səbəb ola bilər.
Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri təhlükəli virusdan sağalmış insanları infarkt, insult və vaxtından əvvəl ölüm gözlədiyi barədə xəbərdarlıq edirlər.
Finss.az xəbər verir ki, tədqiqatçılar 2020-ci ildə 8000-ə yaxını COVID-19-dan əziyyət çəkən 50 yaşdan yuxarı 10 mindən çox insanın məlumatlarını təhlil ediblər. Müqayisə üçün qeyd edək ki, eyni müddət ərzində virusa yoluxmayan 200 mindən çox insandan ibarət qrup tədqiq edilib.
Kaira Agayeva
Finss.az