ABŞ-ın Florida ştatını vuran “Milton” qasırğası 3 milyondan çox insanı elektrik enerjisindən məhrum edib.
Finss.az xəbər verir ki, qasırğa ştatda güclü yağışlara və daşqınlara, həmçinin azı 20 tornadoya səbəb olub.
Beş ballıq Saffir-Simpson şkalası üzrə birinci kateqoriyayadək zəifləyən qasırğa hazırda saatda 25 kilometr sürətlə şimal-şərq istiqamətində irəliləyir. Onun mərkəzində küləyin sürəti saatda 144 kilometrə çatır. İlkin məlumata görə, qasırğa iki nəfərin ölümünə səbəb olub.
ABŞ Prezidenti Cozef Bayden “Milton” qasırğası ilə əlaqədar regionda fövqəladə vəziyyət rejiminin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsini tapşırıb.
Kaira Agayeva
Finss.az