DÜNYA

10 Oktyabr

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İran XİN başçısı ilə regional vəziyyəti müzakirə edib

Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman İranın xarici işlər naziri Abbas Ərakçi ilə regional vəziyyəti müzakirə edib.

Məlumata görə, tərəflər bölgədə yaranmış gərginlikdən və müharibənin yayılma ehtimalından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Abbas Ərakçi oktyabrın 8-də Səudiyyə Ərəbistanına səfərə gedib.

Kaira Agayeva 

Finss.az