DÜNYA

10 Oktyabr

Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmi Beyrutdan yola çıxıb

Türkiyə vətəndaşlarının Livandan təxliyəsinə başlayıb. Təxliyə gəmiləri bu gün səhər saatlarından Beyrutdan yola çıxıb. 

Finss.az xəbər verir ki, Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyası ilə icra edilən bu təxliyə prosesi Türkiyə tarixinin ən böyük əməliyyatlarından biridir. 

Bununla bağlı sosial media hesabında açıqlama verən xarici işlər naziri Hakan Fidan bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə vətəndaşlarını Livandan təxliyə edəcək gəmilər vasitəsilə, eyni zamanda, Livana humanitar yardımlar da çatdırıb. Türkiyə bölgədə yaşanan böhranlardan əziyyət çəkən mülki insanlara yardımlarını və öz vətəndaşlarını qorumağı davam etdirəcək. Təxliyə gəmilərini iki freqat və iki patrul gəmisi müşayiət edir. Türkiyənin yerli amfibiya gəmilərində, mülki şəxslərin sağlamlıq yoxlamaları da burada xidmət edən həkimlər tərəfindən aparılacaq.

Kaira Agayeva 

Finss.az