DÜNYA

10 Oktyabr

Milton qasırğası Floridada ən azı 125 evi dağıdıb

Finss.az xəbər verir ki, Milton qasırğası 1-ci kateqoriyaya qədər zəifləyib. ABŞ-ın Florida ştatının hakimiyyət orqanlarının ilkin məlumatına görə, ən azı 125 ev dağılıb, 2,8 milyon istehlakçının elektrik enerjisi təchizatı dayandırılıb. Ölkənin hava limanlarında minlərlə reys təxirə salınıb və ya ləğv edilib. Ölülər var.

Nəticələr barədə məlumatı NBC və CNN bildirir. Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin icraçı direktoru Kevin Qutri 125 evin dağılmasından danışıb. Onlar əsasən səyyar evlərdir, dedi.

Kaira Agayeva 

Finss.az