Finss.az xəbər verir ki, Göyərtəsində üç ekipaj üzvü olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Kanaqava prefekturasının sahilinə təcili eniş edib.
Ölən və yaralananlar olmayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, helikopter yerli vaxtla saat 11:05-də məcburi eniş edib. Səbəb "nasazlıq aşkar edildikdən sonra ehtiyat tədbirləri" olub.
Yaponiya Müdafiə Nazirliyi helikopterin Kanaqava prefekturasında yerləşən Amerika Atsugi aviabazasından havaya qalxdığını bildirib. Agentlik ABŞ səlahiyyətlilərini insidentlə bağlı məlumatlandırıb və ABŞ ordusundan təhlükəsizlik yoxlaması keçirməyi xahiş edib.
Kaira Agayeva
Finss.az