DÜNYA

10 Oktyabr

Tramp Harrislə yeni debatdan imtina edib

Finss.az xəbər verir ki, ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan geri çəkilib.

Onun sözlərinə görə, debat keçirmək üçün artıq gecdir. “Proses artıq həddən artıq uzağa gedib, səsvermə artıq başlayıb - revanş olmayacaq!”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, Harrisin indiki Prezident Co Bayden kimi hər şeyi edəcəyini bu yaxınlarda elan etməsi, başqa bir müzakirənin lazımsız olduğunu göstərir.

Kaira Agayeva 

Finss.az