DÜNYA

10 Oktyabr

Yun Sok Yol: Vahid, nüvəsiz Koreya yarımadası Hind-Sakit okean regionuna fayda gətirər

Vahid, nüvə silahından azad Koreya yarımadası Asiya-Sakit okean regionunda sülh və sabitlik üçün töhfə verəcək və bir-biri ilə əlaqəli böyük bir bazarda yeni imkanlar açacaq.

Finss.az xəbər verir ki, bu fikri Cənubi Koreyanın Prezidenti Yun Sok Yol Sinqapurda Cənub-Şərqi Asiya Araşdırmaları İnstitutunda çıxışı zamanı söyləyib. İki Koreyanın birliyinə dair doktrinasına beynəlxalq dəstək qazanmaq üçün liberal demokratiyaya əsaslanan birləşmə baxışı haqqında danışan Yun Sok Yol deyib: “Bu baş verərsə, azad və açıq olan vahid Koreya yarımadası azadlığa böyük dərəcədə dəyər qatan tarixi bir nailiyyət olacaq”. 

Cənubi Koreya lideri bildirib ki, birlik aclıq və zülmdən əziyyət çəkən 26 milyon Şimali koreyalı üçün nemət olacaq. Əlavə edib ki, Cənubi Koreya hökuməti vədinə sadiq qalaraq, qarşıdakı 3 ildə Hind-Sakit okean regionunda inkişaf layihələrinə 100 milyon ABŞ dolları ayırmağı planlaşdırır. 

Rəsmi Pxenyanın Seulun birlik baxışını özü üçün təhlükə hesab edə biləcəyi barədə suala cavab verən Yun Sok Yol deyib ki, Cənubi Koreya sülh yolu ilə birlik ideyasına sadiqdir. “Birliyin dərhal baş verəcəyini gözləmək qeyri-real olsa da, hərtərəfli hazırlıq və ardıcıl tədbirlər görməklə imkanlar yarandıqda beynəlxalq ictimaiyyətə fayda gətirəcək birliyə nail ola bilərik”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Prezident Yun Sok Yolun vahid Koreya yarımadası barədə fikirləri Şimali Koreya liderinin Cənubi Koreyanı düşmən ölkə adlandırması dövrünə təsadüf edir.

Kaira Agayeva 

Finss.az