“Netflix” yayım şirkəti Qabriel Qarsia Markesin Buendia ailəsi və mifik Makondo şəhəri haqqında romanının uyğunlaşdırılması olan “Yüz ilin yalnızlığı” serialının premyerası tarixini müəyyən edib.
Finss.az xəbər verir ki, serialın birinci mövsümü dekabrın 11-də başlayır. “Netflix” səkkiz seriyadan ibarət iki mövsüm planlaşdırır. Kolumbiyanın "Dinamo" prodüser şirkəti tərəfindən istehsal olunan layihənin rejissorları Aleks Qarsia Lopez və Laura Moradır. Filmin icraçı prodüserləri Qarsia Markesin oğullarıdır.
Serialın çəkilişlərinin hamısı Markes ailəsinin dəstəyi ilə Kolumbiyada çəkilib. Rolları Klaudio Katanyo, Jeronimo Baron, Marko Qonzales, Leonardo Soto, Susana Morales və başqaları ifa edirlər.
2019-cu ildə “Netflix”in bu əsəri uyğunlaşdırmaq hüququnu aldığı məlum oldu. Şirkət bildirib ki, bu, Kolumbiya və Latın Amerikasının ən istedadlı artistləri tərəfindən həyata keçirilən bu günə qədər Latın Amerikasında ən iddialı layihələrdən biridir.
1967-ci ildə nəşr olunan “Yüz ilin tənhalığı” romanı ispan-Amerika və dünya ədəbiyyatının şah əsəri hesab olunur. O, 50 milyon nüsxədən çox satılıb və 40-dan çox dilə tərcümə olunub.
Kaira Agayeva
Finss.az