DÜNYA

09 Oktyabr

Papuaşvili: Qərb siyasətçiləri son bir ayda Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər

Qərb siyasətçiləri son bir ay ərzində Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər. Bütün bunlar aktiv seçkiqabağı kampaniya fonunda baş verir.

Finss.az xəbər verir ki, hər gün Gürcüstan ilə bağlı 3-4 bəyanat səslənir və bu, planlaşdırılmış seçki kampaniyasının göstəricisidir. 

Xaricdən maliyyələşən yerli QHT-lərin fəaliyyəti göstərir ki, hazırlıq seçki gününə deyil, seçkidən sonrakı dövrə yönəlib. Yəni, onlar artıq bununla deyirlər ki, seçkinin nəticələrini tanımayacaqlar. 

“Mən hamıya müraciət edirəm və xahiş odur ki, gürcü xalqının seçimini qəbul edin”, - deyə Ş.Papuaşvili vurğulayıb.

Kaira Agayeva 

Finss.az