DÜNYA

09 Oktyabr

NATO ölkələrinin iclası təxirə salınıb

Finss.az xəbər verir ki, Oktyabrın 12-də Almaniyada NATO ölkələrinin liderləri səviyyəsində “Ramşteyn” formatında keçirilməli olan iclas qeyri-müəyyən müddətə təxirə salınıb.

Bundan əvvəl Ağ Evdən bildirilib ki, yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri və iclasda iştirakı təxirə salınıb.

Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski iclasda "qələbə planı"nı təqdim edəcəyini açıqlamışdı.

Kaira Agayeva 

Finss.az