Yaponiya hökuməti ölkə parlamentinin buraxılması ilə bağlı rəsmi qərar qəbul edib.
Finss.az xəbər verir ki, Yaponiya Nazirlər Kabineti oktyabrın 9-da növbədənkənar iclasında parlamentin buraxılması haqqında qərarı imzalayıb. Dietin daha sonra Yaponiyanın yeni baş naziri Şiqeru İşiba ilə müxalifət partiyalarının liderləri arasında debat keçirəcəyi gözlənilir. Debat tələb olunan 45 dəqiqə əvəzinə 80 dəqiqə çəkəcək.
Kaira Agayeva
Finss.az