DÜNYA

09 Oktyabr

KXDR Cənubi Koreya ilə bütün nəqliyyat xətlərini sökməyə başlayıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə bütün dəmir yolu xətlərini və avtomobil yollarını sökməyə başlayıb.

Finss.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinə istinadla məlumat yayıb. 

Şimali Koreya lideri Kim Çen In bir müddət əvvəl Cənubi Koreyanı düşmən dövlət adlandırıb. Cənubi Koreya mediası güman edir ki, KXDR parlamentinin oktyabrın 9-da keçirilmiş iclasında Şimali Koreyanın konstitusiyasında iki Koreyanın sülh yolu ilə birləşməsinə dair bəndlərin ləğvi məsələsi müzakirə olunub.

Kaira Agayeva 

Finss.az