Finss.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden güc şkalasına görə 4-cü kateqoriyaya aid edilən “Milton” qasırğasının ölkə ərazisinə yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-ə planlaşdırılan Almaniya və Anqolaya səfərlərini təxirə salıb.
“Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və şiddətini nəzərə alaraq, Bayden qasırğaya hazırlıqla bağlı addımları idarə etmək və onun yaxınlaşması ilə əlaqədar, eləcə də ölkənin cənub-şərqində “Helen” qasırğasının vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlər görmək üçün Almaniya və Anqolaya qarşıdakı səfərini təxirə salıb”, - o bildirib.
Amerika liderinın Almaniyada qərbli həmkarları ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəyi gözlənilirdi.
Kaira Agayeva
Finss.az