DÜNYA

09 Oktyabr

BƏƏ Qazaxıstanda bərpa olunan enerjiyə investisiyaları artırır

Finss.az xəbər verir ki, birləşmiş Ərəb Əmirlikləri 48 ölkə, o cümlədən Qazaxıstanla bərpa olunan enerji mənbələri (RES) sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirməkdə davam edir.

BƏƏ-nin energetika naziri Suhail əl-Mazrui Almatıda keçirilən KIOGE konfransında çıxış edərək qeyd edib ki, bərpa olunan enerji mənbələri ənənəvi enerji resurslarını tamamlayan mühüm komponentə çevrilir. O, yaxın illərdə BƏƏ-nin 40 ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı layihələrinə 20 milyard dollardan çox investisiya qoymağı planlaşdırdığını vurğulayıb.

Kaira Agayeva 

Finss.az