Atlantik okeanında tüğyan edən “Kirk” qasırğası səbəbindən İtaliyanın şimal-qərb bölgələrində gözlənilən əlverişsiz hava şəraitinə görə iki regionda “qırmızı həyəcan” elan olunub.
Finss.az xəbər verir ki, Liquriya və Lombardiya regionlarında hidrogeoloji risk səviyyəsinə görə “qırmızı”, Latsio, Friuli Venezia Giulia, Veneto, Emilia-Romanya və Toskanada isə “narıncı həyəcan” elan edilib.
Genuyanın və La Spetsiyanın bütün növ təhsil müəssisələrində tədris dayandırılıb. Gecə saatlarında yağan leysan yağışı çayların məcrasından çıxmasına səbəb olub, daşqın baş verib.
Bəzi regionlarda fırtına ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb. Güclü külək və leysan yağışı avtomobillərə ziyan vurub.
Kaira Agayeva
Finss.az