DÜNYA

08 Oktyabr

Brent markalı neftin qiyməti 81 dolları keçib

Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 27-dən bəri ilk dəfə bir barel üçün 81 dolları ötüb.

Finss.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 22:31-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 3,82% artaraq 81,03 dollar olub. Bakı vaxtı ilə saat 22:36-da Brent fyuçersləri yavaşladı və 80,99 dollara (+3,77%) ticarət edildi. Eyni zamanda, WTI markalı neftin noyabr ayı üzrə fyuçersləri 3,79% artaraq 77,2 dollar/barelə çatıb.

Kaira Agayeva 

Finss.az