DÜNYA

08 Oktyabr

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp Vaşinqtonun ölkədə baş verən təbii fəlakət fonunda Kiyevə yardım üçün 300 milyard dollara yaxın vəsait ayırmasını tənqid edib.

Finss.az xəbər verir ki, bu barədə Amerikanın Fox News telekanalı məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ Ukraynaya təxminən 300 milyard dollar sərmayə qoyub və eyni zamanda, prezident Co Baydenin administrasiyası ən pis qasırğadan zərər çəkmiş amerikalılara fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar təklif edir.

Kaira Agayeva 

Finss.az