DÜNYA

08 Oktyabr

Kobaxidze: Qara dənizdə sualtı elektrik kabeli layihəsi 2030-cu ilə qədər tamamlanacaq

Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi 2030-cu ilə qədər tamamlanacaq.

Finss.az xəbər verir ki, 1155 km uzunluğunda sualtı kabel elektrik enerjisinin Avropaya ixracına imkan verəcək, həmçinin yüksək sürətli rəqəmsal rabitəni təmin edəcək.

“Bu layihənin həyata keçirilməsi çox vacibdir, bizim tərəfdaşlarımız konkret ölkələrdir: Rumıniya, Azərbaycan, Macarıstan bu çox mühüm layihə onlarla tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək”, - deyə İ.Kobaxidze bildirib.

Kaira Agayeva 

Finss.az