Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefon danışığı aparıb, o, Rusiya liderini ad günü münasibətilə təbrik edib.
Finss.az Kremlin saytına istinadən xəbər verir ki, hər iki prezident ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib və əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.
Söhbət zamanı tərəflər bir sıra aktual beynəlxalq və regional problemləri, o cümlədən Yaxın Şərqdəki qeyri-sabit vəziyyəti müzakirə edib, regionda sülh və təhlükəsizliyin qorunması üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Kaira Agayeva
Finss.az