Təhlükəli yük daşıyan “MV Ruby” gəmisi bir neçə həftədir ki, təmir üçün liman tapa bilmir və Şimali Avropa sahillərində sürüklənir.
Finss.az xəbər verir ki, Maltada qeydiyyatdan keçmiş və Maltanın Ruby Enterprise şirkətinə məxsus gəminin gövdəsi çatlamış və pervanesi zədələnmişdir.
Lakin heç bir liman mümkün fəlakətdən qorxaraq gəmini qəbul etməyə cəsarət etmir. MV Ruby-nin göyərtəsində gübrə hazırlamaq üçün istifadə edilən partlayıcı maddə olan 20.000 ton ammonium nitrat var. Müqayisə üçün qeyd edək ki, şəhərin çox hissəsini dağıdan və 190-dan çox insanın ölümünə səbəb olan 2020-ci ildə Beyrut limanında baş verən partlayışa cəmi 2750 ton ammonium nitrat səbəb olub. MV Ruby-nin yükü bu həcmdən yeddi dəfə çoxdur.
Kaira Agayeva
Finss.az