DÜNYA

07 Oktyabr

BƏƏ Suriyadakı livanlı qaçqınlara kömək üçün 30 milyon dollar ayıracaq

BƏƏ Suriyadakı livanlı qaçqınlara təcili humanitar yardım göstərmək üçün 30 milyon dollar ayıracaq.

Finss.az xəbər verir ki, bu barədə əmri BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan verib.

Əvvəllər BƏƏ Livana təcili yardım paketi olaraq 100 milyon dollar ayırıb və humanitar yardımın daşınması üçün Beyruta “hava körpüsü” təşkil edib. Ötən cümə günü başlayan kampaniya çərçivəsində iki gün ərzində 205 ton dərman, ərzaq və digər humanitar yardım daşıyan 6 təyyarə Livana göndərilib.

BƏƏ Suriyadakı livanlı qaçqınlara təcili humanitar yardım göstərmək üçün 30 milyon dollar ayıracaq.

Əvvəllər BƏƏ Livana təcili yardım paketi olaraq 100 milyon dollar ayırıb və humanitar yardımın daşınması üçün Beyruta “hava körpüsü” təşkil edib. Ötən cümə günü başlayan kampaniya çərçivəsində iki gün ərzində 205 ton dərman, ərzaq və digər humanitar yardım daşıyan 6 təyyarə Livana göndərilib.

Kaira Agayeva 

Finss.az