DÜNYA

07 Oktyabr

Filippin ilə Cənubi Koreya arasında yeni sənədlər imzalanılıb

Filippin ilə Cənubi Koreya arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Bataan Atom Elektrik Stansiyasının bərpası və digər məsələlərə dair altı yeni sənəd imzalanılıb.

Finss.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb. Bildirilib ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol Filippin Prezidenti Ferdinand Romualdez Markosun dəvətilə ikigünlük dövlət səfəri çərçivəsində Maniladadır. Yeni sənədlər bunlardır:

- Filippin Sahil Mühafizəsi və Koreya Sahil Mühafizəsi arasında dəniz əməkdaşlığı üzrə anlaşma memorandumu;

-İqtisadi İnnovasiyalara dair Tərəfdaşlıq Proqramı üzrə memorandum;

- Kritik Xammal Təchizat Zəncirləri üzrə strateji əməkdaşlıq memorandumu;

-Bataan Atom Elektrik Stansiyasının Texniki İqtisadi Əsaslandırmasına dair memorandum;

-“Samar Sahil Yolu” II layihəsi üzrə kredit müqaviləsi və “Laquna Göl Sahili Yol Şəbəkəsi” layihəsi I mərhələ; 

-Turizm Departamenti ilə Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında 2024-2029-cu illər üçün memorandumun icra proqramı.

Qeyd edək ki, Yun Sok Yol 2011-ci ildən bəri Filippinə səfər edən ilk Cənubi Koreya lideridir.

Kaira Agayeva 

Finss.az