DÜNYA

07 Oktyabr

Meksika körfəzində Milton qasırğası güclənir

Finss.az xəbər verir ki, Meksika körfəzindəki Milton tropik qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çatıb.

Hazırda fırtına 9 km/saat sürətlə şərqə doğru irəliləyir. Qasırğa daxilində küləyin maksimal sürəti 36 m/s-ə çatır.

“Milton” Proqreso şəhərindən 465 km şimal-qərbdə yerləşir.

Kaira Agayeva 

Finss.az