DÜNYA

07 Oktyabr

Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək

Finss.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasına (Moskva) səfərə gedəcək. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Bu il oktyabrın 8-də Rusiya Federasiyasında Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclası zamanı Birliyə üzv dövlətlər arasında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək.

MDB-nin bu sammitində Birlik ölkələrinin dövlət başçılarının iştirak edəcəyi gözlənilir”, - Muratbek Azımbakiyev qeyd edib.

Kaira Agayeva 

Finss.az