DÜNYA

07 Oktyabr

Özbəkistan və Yaponiya investisiya əlaqələrinin gələcək inkişafı istiqamətlərini müzakirə ediblər

Finss.az xəbər verir ki, Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyində nazir müavini Şoxrux Qulamov ilə Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə Bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Masaki İşikava arasında görüş keçirilib. , Trend nazirliyə istinadən xəbər verir.

Görüş zamanı tərəflər Özbəkistan Respublikası ilə Yaponiya arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişafı üçün prioritet istiqamətləri nəzərdən keçiriblər.

İnfrastruktur quruculuğu, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdən sonra tərəflər əməkdaşlığın daha da genişləndirilməsi və müzakirə olunmuş layihə və təşəbbüslərin həyata keçirilməsinin sürətləndirilməsi üçün tədbirlərin intensivləşdirilməsi üzrə qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

Kaira Agayeva 

Finss.az