DÜNYA

07 Oktyabr

Özbəkistan və Türkiyə arasında ticarət dövriyyəsi 2024-cü ilin 8 ayı ərzində azalıb

2024-cü ilin yanvar-avqust aylarında Özbəkistan və Türkiyənin xarici ticarət dövriyyəsi 1,9 milyard ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, Özbəkistanın Statistika Agentliyinin məlumatına görə, bu, ticarət dövriyyəsinin 2,1 milyard ABŞ dolları təşkil etdiyi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Türkiyə bu dövr üçün Özbəkistanın ən böyük ticarət tərəfdaşları arasında ticarət dövriyyəsinə görə ilk beşliyə daxil olub.

Özbəkistandan Türkiyəyə ixracın həcmi 768,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 25% azdır (2023-cü ilin yanvar-avqust aylarında 960,9 milyon ABŞ dolları).

2024-cü ilin yanvar-avqust aylarında Türkiyədən Özbəkistana idxal 1,19 milyard ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artıb (2023-cü ilin yanvar-avqust aylarında 1,18 mlrd. dollar).

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Özbəkistanın xarici ticarət dövriyyəsinin həcmi 42,7 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% artıb (2023-cü ilin yanvar-avqust aylarında 40 milyard ABŞ dolları).

2024-cü ilin yanvar-avqust aylarında Özbəkistanın ixracı 17,3 milyard dollara, idxalı isə 25,3 milyard dollara çatıb.

Kaira Agayeva 

Finss.az