DÜNYA

07 Oktyabr

Aİ Çinin elektrik avtomobillərinə rüsumları artırıb

Avropa Komissiyası Çin istehsalı olan elektrik avtomobillərinin rüsumlarının kəskin artırılmasına səs verib. Finss.az xəbər verir ki, Aİ-nin 27 dövlətindən 10-u lehinə, 5-i əleyhinə, 12-si isə bitərəf qalıb. Bu nəticə noyabrın əvvəlindən beş il müddətinə tətbiq edilməsi planlaşdırılan yeni tariflərin təsdiqi üçün kifayətdir.

Avropa rəsmiləri Pekinlə danışıqların davam etdiriləcəyini qeyd etsələr də, Çinin elektrik avtomobillərinə yeni idxal tariflərinin müəyyən növ avadanlıqlar üçün 45%-ə çatacağı gözlənilir.

Kaira Agayeva 

Finss.az