DÜNYA

04 Oktyabr

Tailandda yüzdən çox fil daşqınlardan xilas edilib

Tailandın Chiang Mai əyalətində musson yağışlarının səbəb olduğu daşqınlar fillərin yerləşdirildiyi ərazini su altında qoyub.

Finss.az xəbər verir ki, Tailandın hakimiyyət orqanları indiyədək 117 filin xilas edildiyini, daha 9 filin isə hələ də təhlükəli ərazidə qaldığını bildirib.

Qeyd edək ki, Cənub-Şərqi Asiyanın böyük hissəsi hələ də mövsümi musson yağışlarının təsiri altındadır. Tailand hidrometeorologiya xidməti Ping çayında suyun səviyyəsinin rekord həddə qalxacağı barədə xəbərdarlıq edib. Təbii fəlakətin təsirinə məruz qalan ərazilərdə yaşayan sakinlərin və turistlərin təhlükəsiz ərazilərə təxliyə edilməsinə başlanılıb. Hazırda xilasedicilər qum torbaları ilə selin qarşısını almağa çalışır.

Kaira Agayeva

Finss.az